Fransada yanğın nəticəsində azı 22 nəfər xəsarət alıb

dunya

78946

Fransada yanğın nəticəsində azı 22 nəfər xəsarət alıb
Fransanın Sen-Sən Döni departamentinin Obervilye kommunasında yaşayış binasında yanğın olub. Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib.

Xəbərlərtv “lefigaro.fr” saytına istinadla xəbər verir ki, yanğın nəticəsində 7-si ağır olmaqla 22 nəfər xəsarət alıb. Onlardan 10 nəfəri binadakı insanların təxliyə etməyə gəlmiş polis əməkdaşlarıdır. Xəsarət alanlardan 5-i uşaqdır, bir qadının vəziyyəti isə daha ağırdır.