ABŞ-ın cari əməliyyatlar hesabının kəsri son iki ilin minimumuna enib

dunya

31482

ABŞ-ın cari əməliyyatlar hesabının kəsri son iki ilin minimumuna enib


Bu ilin I rübündə ABŞ-ın tədiyə balansının cari əməliyyatlar hesabının kəsri 0,1% azalaraq 104,2 mlrd. dollara enib və bu 2018-ci ilin II rübündən bəri ən aşağı göstərici kimi qeydə alınıb.

"APA-Economics"in “Reuters”ə istinadən verdiyi məlumata görə, apreldə cari əməliyyatlar hesabının kəsrinin ÜDM-yə nisbəti 1,9% təşkil edib və bu 2017-ci ilin III rübündə bəri ən aşağı göstəricidir.

Qeyd edək ki, apreldə ABŞ-ın ixracı və idxalı müvafiq olaraq, 20,5% və 13,7% azalaraq 10 illik minimuma enib.