
Ötən gecə İranın Fars vilayətində 4,7 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, gecə saat 04:30 radələrində qeydə alınan zəlzələnin episentri yerin 2 kilometr dərinliyində qeydə alınıb.
Təcili olaraq hadisə yerinə həkim briqadaları və xilasedicilər göndərilib. Dağıntılar, ölən və yaralananlar haqqında hələlik məlumat verilmir.
1 in , 2020
12:00