İranda koronavirusdan ölənlərin sayı altı mini keçib » XeberlerTv.info

İranda koronavirusdan ölənlərin sayı altı mini keçib

İranda koronavirusdan ölənlərin sayı altı mini keçib

İranda son sutkada daha 983 nəfər koronavirusa yoluxub və ölənlərin ümumi sayı 6 mini ötüb.

SalamNews İSNA-a istinadla xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin sədri Kiyanuş Cahanpur məlumat verib.

Bu gün keçirilən mətbuat konfransı zamanı İran rəsmisi bildirib ki, son sutkada ölkədə daha 983 nəfər koronavirsa yoluxub və bu rəqəm ümumilikdə 94,640-a çatıb.

Onun sözlərinə görə son sutkada İranda koronavirsdan daha 71 nəfər həyatını itirib və bu rəqəm ümumilikdə 6,028-ə çatıb.

Ölkədə 463 mindən çox şəxs koronavirus testindən keçib və yoluxanların 75 faizi sağalıb.

30 apr , 2020 15:00


Xəbər lenti