Boris Conson növbəti dəfə ata olub » XeberlerTv.info

Boris Conson növbəti dəfə ata olub

Boris Conson növbəti dəfə ata olub


Böyük Britaniyanın Baş Naziri Boris Conson növbəti dəfə ata olub.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bu barədə “Sky News” məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saatlarında B. Consonun nişanlısı Kerri Simonds oğlan övladı dünyaya gətirib.

Qeyd edək ki, B. Conson və K. Simonds ötən ilin sonunda nişanlanıblar. B. Conson “10 Downing Street”də nikahsız yaşayan ilk Baş Nazirdir.

Xatırladaq ki, B. Conson ilk dəfə 1987-ci ildə 23 yaşında olarkən Oxford Universitetində tanış olduğu Allegra Ovenlə evlənib. Cütlük 1993-cü ildə B. Consonun Marina Wheelerlə münasibətinin ortaya çıxmasından sonra boşanıb. Boşandıqdan 12 gün sonra isə B. Conson M. Wheelerlə ailə həyatı qurub. Onlar 2018-ci ildə ayrılıblar. Cütlüyün Lara (26 yaş), Milo (24 yaş), Cassia (22 yaş) və Theodore (20 yaş) adlı övladları var.

Britaniya Baş Nazirinin nigahdan kənar 11 yaşlı Stefani adlı başqa bir qızı da var.

30 apr , 2020 14:20


Xəbər lenti