Boris Consonun hamilə nişanlısı özünütəcriddədir - COVID-19-un simptomları aşkar edildi

dunya

87291

Boris Consonun hamilə nişanlısı özünütəcriddədir - COVID-19-un simptomları aşkar edildi
Britaniyanın Baş naziri Boris Consonun hamilə nişanlısı Kerri Saymonds özündə koronavirusun əlamətlərini aşkar edib.

Bu barədə o, özünün “Twitter” hesabında yazıb.

“Mən ötən həftəni koronavirusun əsas simptomları ilə yataqda keçirdim. Test etməyə ehtiyac yoxdur. Yeddi gün istirahət etdikdən sonra özümü daha yaxşı hiss edirəm və artıq sağalmağa doğru gedirəm”, - deyə Saymonds yazıb.

I’ve spent the past week in bed with the main symptoms of Coronavirus. I haven’t needed to be tested and, after seven days of rest, I feel stronger and I’m on the mend.

— Carrie Symonds (@carriesymonds) April 4, 2020
O əlavə edib ki, hamiləlik zamanı COVID-19-a yoluxmaq çox təhlükəlidir.

Xatırladaq ki, koronavirusa yoluxduğu üçün Britaniyanın Baş naziri də artıq bir həftədir “özünütəcriddədir”.