“İlin peşəkar gənci” müsabiqəsinin qalibləri mükafatlandırılıb

cemiyyet

11448

“İlin peşəkar gənci” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Dekabrın 2-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən təşkil olunmuş “İlin peşəkar gənci” müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AHİK-in sədri Səttar Möhbalıyev çıxış edərək gənclərimizin sağlam, savadlı böyümələrinin, onların peşəkarlıq səviyyəsinin artırılmasının, layiqli vətəndaş kimi yetişmələrinin Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. S.Möhbalıyev müstəqil ölkəmizdə dövlətin gənclər siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. O, bu istiqamətdə qəbul edilmiş inkişaf strategiyalarının və dövlət proqramlarının gənclərin inkişafına yönəldildiyini vurğulayıb.
AHİK-in də dövlətin gənclər siyasətinin uğurla həyata keçirilməsinə töhfə verməyə çalışdığını vurğulayan S.Möhbalıyev deyib: “Bu gün Azərbaycan gəncləri yeni, müasir və müstəqil ölkənin qurulmasında fəal iştirak edirlər. Gələcəyimizin etibarlı təminatı peşəkar kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Hazırda respublikadakı həmkarlar ittifaqı üzvlərinin üçdəbiri 35 yaşınadək olan gənclərdir. Belə bir qüvvənin təşkilatın işində yaxından iştirakı vacib məsələlərdən biridir. Həmkarlar ittifaqları mövcud struktur çərçivəsində gənclərin fəallığını təmin etməyə, rəhbər orqanlarda təmsil olunmalarına şərait yaratmağa, işləyən və təhsil alan gənclərin hüquq və mənafelərinin qorunmasına çalışırlar. Gənclərin məşğulluğu, onların sağlam həyat tərzi keçirmələri, asudə vaxtlarının təşkili və sair məsələlər ön plana çəkilir, müntəzəm olaraq elmi-praktiki konfranslar, seminarlar təşkil edilir”.
Onun sözlərinə görə, AHİK üzv təşkilatlarla birlikdə daim gənclərin fəallığını təmin etməyə, işləyən və təhsil alan gənclərin hüquq və mənafelərinin qorunmasına çalışır, dövlətin gənclər siyasətinə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. “İlin peşəkar gənci” müsabiqəsinin təşkili gənclərimizin asudə vaxtının səmərəli təşkili, onlarda elmə, təhsilə marağın artırılması, sağlam həyat tərzinin təbliğinə xidmət edir. Bildirib ki, son iki ildə 107 gənc AHİK-in qərarı ilə “İlin peşəkar gənci” fəxri adına layiq görülüb. Bu gün ötən ilin nəticələrinə görə “İlin peşəkar gənci” fəxri adına 56 nəfər istedadlı gənc layiq görülüb ki, onların 38 nəfəri kişi, 18 nəfəri isə qadındır.
Dövlətin gənclərə göstərdiyi münasibətin həmin dövlətin gələcəyinə münasibət olduğunu vurğulayan AHİK-in sədri tələbələrin sosial problemlərinin həlli istiqamətində müəyyən addımlar atıldığını diqqətə çatdıraraq bildirib ki, 120 tələbəyə aylıq təqaüdlərin verilməsi təmin olunub.
Sonra müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi olub. Qaliblərə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilib.
“İlin peşəkar gənci” müsabiqəsinin qalibləri mükafatlandırılıb
“İlin peşəkar gənci” müsabiqəsinin qalibləri mükafatlandırılıb
“İlin peşəkar gənci” müsabiqəsinin qalibləri mükafatlandırılıb
“İlin peşəkar gənci” müsabiqəsinin qalibləri mükafatlandırılıb
“İlin peşəkar gənci” müsabiqəsinin qalibləri mükafatlandırılıb
“İlin peşəkar gənci” müsabiqəsinin qalibləri mükafatlandırılıb