Dağlıq Qarabağ bölgəsindən olan gənclərlə görüş keçirilib

cemiyyet

45792

Dağlıq Qarabağ bölgəsindən olan gənclərlə görüş keçirilib

Bu gün Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması və Azərbaycan Gənclər Fondu Dağlıq Qarabağ bölgəsindən olan gənclərlə görüş keçirib.

APA-nın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan icmanın rəhbəri Tural Gəncəliyev icmanın fəaliyyəti haqqında məlumat verib və Ermənistanla münaqişənin bütün platformalarda, o cümlədən, hərbi, diplomatik və sosial media üzərindən aparıldığını vurğulayıb.

"Dağlıq Qarabağ münaqişəsi informasiya müharibəsi şəklində də davam edir. Bu baxımdan bizim gənclərin potensialından istifadə olunmalıdır. Dağlıq Qarabağ münaqişəsi barədə yalan və saxta məlumatların yayılması, Gövhər ağa məscidinin arxitekturasının dəyişdirilməsi, başqa ad altında təqdim olunması cəhdlərinə diqqətimizi daha da yönəltməliyik", - deyə Tural Gəncəliyev bildirib.

Daha sonra millət vəkili Flora Qasımova çıxış edərək gəncləri erməni yalanlarına qarşı aktiv olmağa səsləyib: "Ermənistanın baş naziri Paşinyanın bəyanatları sülhə böyük zərbə vurur. Prezident İlham Əliyev "Valday" klubunda ermənilərin layiqli cavabını verdi. Soçidə səslənən "Qarabağ Azərbaycandır və nida işarəsi" bəyanatı ətrafında təşkilatlanma gedir. Elə çalışmalıyıq ki, hər addımımızda bu bəyanatı xüsusi olaraq hər kəsin diqqətinə çatdıraq. Azərbaycanda iqtisadi, siyasi sahədə görülən bütün işlər torpaqlarımızın işğaldan azad edilməsi istiqamətinə yönəlib".

Azerbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov həyata keçirilən qrant müsabiqələri haqqında məlumat verərək Dağlıq Qarabağ bölgəsindən olan gəncləri əməkdaşlığa çağırıb.