Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Xaçmazda vətəndaşları qəbul edib

cemiyyet

141669

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Xaçmazda vətəndaşları qəbul edib

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Xaçmazda vətəndaşları qəbul edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir müavini görüşdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya, müavinət və təqaüdlərin əhəmiyyətli şəkildə artırılması üçün atılan addımlar barədə məlumat verib. O, məşğulluq, sosial təminat, əmək, sahələrində xidmətlərin keyfiyyətinin artırılması, həmin xidmətlərin şəffaflaşdırılması və operativ təşkili, vətəndaş məmnunluğuna nail olunması istiqamətində aparılan islahatları diqqətə çatdırıb.
Qəbul zamanı müraciətlərin bir qismi sorğu xarakterli olub və qanunvericiliyə uyğun izahatlar verilib. Bir neçə vətəndaşa müraciətlərinə uyğun olaraq vakant iş yerlərinə göndərişlər verilib. Ayrı-ayrı şəxslərin peşə hazırlığına, özünüməşğulluq proqramına, reabilitasiya xidmətlərinə cəlb edilməsi, həmçinin reabilitasiya vasitələri ilə təmin edilməsi üçün qeydiyyat aparılıb.
Digər müraciətlər nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə yerindəcə araşdırılıb.