Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 35 min 192 nikah qeydə alınıb

cemiyyet

28620

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 35 min 192 nikah qeydə alınıb

Bu ilin yanvar-iyul aylarında qeydiyyat şöbələri tərəfindən 35 min 192 nikah və 9793 boşanma halları qeydə alınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,8-dən 6,1-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.
Yeddi ay ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1095 nəfər gələn, ölkədən isə 892 nəfər gedən qeydə alınıb. Miqrasiya saldosu müsbət 203 nəfər təşkil edib.