Azərbaycanda 53595 şagird məktəbini dəyişib

cemiyyet

20034

Azərbaycanda 53595 şagird məktəbini dəyişib


Təhsil Nazirliyinə şagirdlərin elektron yerdəyişməsi ilə bağlı ümumilikdə 56462 müraciət daxil olub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib. Onlardan 53595 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib, 2086 sorğu hazırda icra edilir, 781 sorğuya isə dil və təmayül uyğunsuzluğu səbəbindən imtina verilib.

Yeni tədris ilinin başlanması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar olaraq şagirdlərin elektron yerdəyişməsi ilə bağlı sorğuların qəbulu sentyabrın 15-dən oktyabrın 15-dək müvəqqəti dayandırılıb.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Qeyd edək ki, şagirdlərin yerdəyişməsi prosesi cari ilin avqustun 15-dən www.sy.edu.az portalı və Alternativ Qeydiyyat mərkəzləri vasitəsilə həyata keçirilir.


xeberlertv.info