Miqrasiya könüllüləri yeni layihəyə start verir

cemiyyet

8586

Miqrasiya könüllüləri yeni layihəyə start verir

Miqrasiya Könüllüləri gəncləri bir araya gətirmək, onları maraqlandıran məsələlərin həlli yollarını birlikdə araşdırmaq, fərdi inkişaflarına töhfə vermək və fəal müzakirə mühiti yaratmaq məqsədilə Gənclik İnkişaf Forumu layihəsinə başlayır.
Dövlət Miqrasiya Xidmətinin (DMX) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində gənclərin sahələr üzrə peşəkar, təcrübəli şəxslərlə müzakirə formatında müxtəlif mövzularda görüşləri təşkil olunacaq. İştirakçılar müəyyən edilmiş mövzular ətrafında geniş müzakirələr aparmaq, təkliflər vermək, suallar ünvanlamaq, məlumat almaq imkanı qazanacaq, forumun qonaqları ilə daha yaxından tanış olacaqlar.
“Fərdi inkişaf strategiyaları” mövzusunda keçiriləcək Gənclik İnkişaf Forumunun birinci qonağı DMX-nin rəisi Vüsal Hüseynovdur.
Görüş sentyabrın 22-də saat 10:30-da Dövlət Miqrasiya Xidmətinin inzibati binasında təşkil olunacaq. Qeydiyyat üçün linkindən istifadə etmək lazımdır.