Yeni dərs ilinin başlanması ilə əlaqədar yol polisi tərəfindən təhlükəsizlik tədbirləri görülür

cemiyyet

10017

Yeni dərs ilinin başlanması ilə əlaqədar yol polisi tərəfindən təhlükəsizlik tədbirləri görülür

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin və Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İdarəsinin əməkdaşları tərəfindən yeni dərs ilinin başlanması ilə əlaqədar rayon ərazisində baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması və məktəblilərin təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq tədbirlər həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a bildiriblər ki, “Diqqət uşaqlar!” adı altında keçirilən tədbirdə polis əməkdaşları rayon ərazisində yerləşən təhsil müəssisələrinin qarşısında, eləcə də məktəblilərin hərəkət marşrutlarında bir sıra işlər görülüb. Yeni yol nişanları qoyulub, köhnələri yeniləri ilə əvəzlənib, piyada zolaqlarının yenilənib və digər işlər görülüb.
Bundan əlavə yol polisi əməkdaşları tərəfindən təhsil müəssisələrində uşaqlarla yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi daşıyan maarifləndirici görüşlərin keçirilməsi də nəzərdə tutulub.