“Hərbiyyə -101” düşərgəsi başa çatıb

cemiyyet

15741

“Hərbiyyə -101” düşərgəsi başa çatıb

“Hərbiyyə -101” hərbi vətənpərvərlik düşərgəsinin bağlanış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə birlik komandiri, general-mayor Mayis Bərxudarov, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, “ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabbarova və digər qonaqlar iştirak ediblər.
Mərasimdə düşərgə müddətində komandalar arasında keçirilən yarışların nəticələrinə uyğun olaraq mükafatlandırma mərasimi keçirilib.
Sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, sentyabrın 5-dən 10-dək keçirilən və Bakı şəhərinin işğaldan azad olunmasının 101 illiyinə həsr edilmiş düşərgə “ASAN xidmət”, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə reallaşdırılıb.