“Hərbiyyə-101” hərbi vətənpərvərlik düşərgəsinə start verilir

cemiyyet

21465

“Hərbiyyə-101” hərbi vətənpərvərlik düşərgəsinə start verilir

Könüllülərin çoxsaylı müraciətlərini nəzərə alaraq Bakının azad olunmasının 101-ci illiyinə həsr edilmiş “Hərbiyyə-101” hərbi vətənpərvərlik düşərgəsinə start verilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 5-dən 10-dək Beyləqan hərbi birliyində təşkil olunacaq düşərgə "ASAN xidmət", Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və "ASAN Könüllüləri" Təşkilatının birgə təşəbbüsü ilə gerçəkləşəcək.

Hərbi simulyasiya formatında həyata keçiriləcək bu layihə çərçivəsində iştirakçılar müxtəlif peşəkar hərbi təlimlərə cəlb olunacaq, taktiki, qarovul, atəş, topoqrafiya, komandir və digər hərbi hazırlıqlarda iştirak edəcəklər. Eyni zamanda, müxtəlif tarixi-mədəni ərazilərə ekskursiyalar təşkil olunacaq.

“Hərbiyyə” gənc nəslin hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində təşkil olunan sayca dördüncü düşərgədir.

xeberlertv.info