Fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirmə tədbirləri davam etdirilir

cemiyyet

68688

Fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirmə tədbirləri davam etdirilir

Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzi avqustun 7-də Salyan dəmir yolu stansiyasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.
FHN-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə Mərkəzin əməkdaşları təbii və texnogen mənşəli fövqəladə hadisələr, su hövzələrində insanların təhlükəsizliyi, dəm qazından zəhərlənmənin profilaktikası, 112 - qaynar xətti və sair mövzularda məruzələrlə çıxış ediblər.
Tədbirdə mövzulara dair videoçarxlar nümayiş olunub, suallar cavablandırılıb.