Fransanın “Baby Boom” jurnalı Azərbaycanda uşaqlara göstərilən diqqətdən yazıb

cemiyyet

22896

Fransanın “Baby Boom” jurnalı Azərbaycanda uşaqlara göstərilən diqqətdən yazıb

Fransanın uşaqlar haqqında “Baby Boom” jurnalında “Azərbaycanda körpə - Allahın hədiyyəsi” adlı ölkəmizdə uşaqlarla bağlı adət-ənənədən bəhs olunan məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə, ilk növbədə, 95 faiz əhalisi müsəlman olan ölkəmizin dünyəvi olmasından, qadınlara 100 il əvvəl səsvermə hüququ verilməsindən danışılır. Azərbaycan ailəsində uşağın “Allahın hədiyyəsi” kimi səbirsizliklə gözlənildiyi diqqətə çatdırılıb.
Ölkəmizdə ailədə atanın yeri, quymaq, göz dəymə, ad qoyma mərasimlərindən, eləcə də uşaqlarla bağlı adət-ənənədən söz açılıb.