Batumi şahmat festivalında Azərbaycan təmsilçilərinin çıxışı davam edir

cemiyyet

45792

Batumi şahmat festivalında Azərbaycan təmsilçilərinin çıxışı davam edir

Batumidə Azərbaycan şahmatçılarının da qatıldıqları beynəlxalq festival davam edir.
AZƏRTAC xəbər verir ki, festivalda şahmatçılarımızdan ən yaxşı nəticəni Rəvan Əliyev göstərib. Altı turdan sonra aktivində 4 xal olan təmsilçimiz turnir cədvəlinin altıncı pilləsindədir. Onunla eyni xala malik olan digər şahmatçımız Kənan Qarayev əlavə göstəricilərə görə səkkizinci yerdədir. Komandamızın digər üzvləri Altay Eynullayev 3,5, Xəzər Babazadə, Fərid Mustafayev 3, Atilla Eynullayev 2,5, Elmar Atakişiyev 2, Ləman Hacıyeva 1,5 xal toplayıblar.
Turnir cədvəlinə 5 xalla gürcü şahmatçı Tornike Sanikidze başçılıq edir.