“Əməyin mühafizəsinin təmin edilməsində kollektiv müqavilənin rolu” mövzusunda seminar-müşavirə keçirilir

cemiyyet

11448

“Əməyin mühafizəsinin təmin edilməsində kollektiv müqavilənin rolu” mövzusunda seminar-müşavirə keçirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Baku Steel Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC), Səhiyyə Nazirliyinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələrinin, işəgötürənlərin iştirakı ilə “Əməyin mühafizəsinin təmin edilməsində kollektiv müqavilənin rolu” mövzusunda seminar-müşavirə keçirir.
AZƏRTAC xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini İlqar Məmmədov xidmətin fəaliyyət istiqamətlərindən birinin də bütün iş yerlərində işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına yönəldiyini deyib. O, qeyd edib ki, əməyin mühafizəsi ilə bağlı norma, qayda və prinsiplər barədə işəgötürənlər arasında geniş və ardıcıl məlumatlandırma işləri aparılır. Müvafiq Tədbirlər Planına uyğun olaraq keçirilən hazırkı tədbir də bu məqsədə yönəlib.
Tədbirdə çıxış edən “Baku Steel Company” MMC-nin baş direktorunun istehsalat üzrə birinci müavini Ramin Kərimov işəgötürənlərin əmək qanunvericiliyi ilə bağlı ətraflı məlumatlandırılmasında belə tədbirlərin əhəmiyyətini vurğulayıb.
Seminar-müşavirədə müxtəlif mövzularda məruzələr dinlənilib, əməyin mühafizəsinə dair videoçarx nümayiş olunub.
Tədbir mövzular ətrafında müzakirələrlə davam edir.