İyunun 4-də paytaxtda 35, bəzi bölgələrdə 38 dərəcə isti olacaq

cemiyyet

41499

İyunun 4-də paytaxtda 35, bəzi bölgələrdə 38 dərəcə isti olacaq

Azərbaycanda iyunun 4-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-24°, gündüz 31-36° isti, Bakıda gecə 22-24°, gündüz 33-35° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.
Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturunun 19-20° isti olacağı ehtimal edilir.
Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturunun 21-22° isti olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 33-38° isti, dağlarda gecə 15-20°, gündüz 23-28° isti olacağı bildirilir.