Neft Fondu indiyədək qaçqın və məcburi köçkünlərlə bağlı tədbirlərə 2,3 milyard manat ayırıb

cemiyyet

61533

Neft Fondu indiyədək qaçqın və məcburi köçkünlərlə bağlı tədbirlərə 2,3 milyard manat ayırıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu il martın 31-dək qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 2 milyard 322,4 milyon manat ayırıb.
AZƏRTAC ARDNF-ə istinadla xəbər verir ki, cari ilin yanvar-mart aylarında isə Neft Fondu tərəfindən qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 19,7 milyon manat yönəldilib.