Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində qar örtüyünün sahəsinin azalması müşahidə olunur

cemiyyet

73017

Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində qar örtüyünün sahəsinin azalması müşahidə olunur
Avqustun 31-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində su ehtiyatlarının vəziyyəti və buzlaqların öyrənilməsi məqsədilə Tufandağda aparılan ekspedisiyanın nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilib.

Xəbərlərtv xəbər verir ki, tədbirdə sudan səmərəli istifadə, buzlaqlar və qar örtüyü üzərində aparılan müşahidələr, eləcə də çaylarda mövcud vəziyyət və ümumi müqayisələr müzakirə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev buzlaqlar və qar örtüyü üzərində aparılan müşahidələr barəsində məlumat verib. Onun sözlərinə görə, son illər iqlim dəyişikliklərinin təsiri nəticəsində ölkəmizin su ehtiyatlarının qidalanmasında xüsusi rol oynayan Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində qar örtüyünün sahəsinin azalması müşahidə olunub. Bütün bunlar isə su ehtiyatlarının ümumilikdə azalmasına səbəb olur. Bu da gələcəkdə su qıtlığı ilə üzləşməmək üçün müvafiq tədbirlərin görülməsini zəruri edir.

Sonra mövzu ətrafında müzakirələr aparılıb.