Hava yenə soyuyur: növbəti iki gün temperatur...

cemiyyet

83179

Hava yenə soyuyur: növbəti iki gün temperatur...
Növbəti iki gün ərzində havanın temperaturu ötən günlərlə müqayisədə bir qədər aşağı enəcək.

Bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, avqustun 18-19-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir:

"Bəzi yerlərdə leysan xarakterli yağışların yağacağı ehtimalı var".

G.Məmmədova bildirib ki, növbəti günlərdə ölkə ərazisində şimal qərb küləyi əsəcək, arabir güclənəcək.