Komitə sədri Kəlbəcərin iki kəndinin sakinləri ilə görüşdü - FOTO » XeberlerTv.info

Komitə sədri Kəlbəcərin iki kəndinin sakinləri ilə görüşdü - FOTO

 

 

 

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ötən gün Kəlbəcər rayonunun Ağdaban və Çayqovuşan kəndlərinin bir qrup sakini ilə görüşüb. 

Komitədən bildirilib ki, görüş iştirakçıları Kəlbəcər rayonunun digər yaşayış məntəqələri kimi Ağdaban və Çayqovuşan kəndlərinin tezliklə ordumuzun nəzarətinə veriləcəyinə, bu kəndlərin sakinlərinin geri qayıdışına şərait yaradılacağına ümidvar olduqlarını bildiriblər. Bununla  əlaqədar onlar dövlətimizin başçısına müraciət ünvanladıqlarını qeyd ediblər.

Görüşdə keçmiş məcburi köçkünləri maraqlandıran məsələlərlə bağlı suallar cavablandırılıb. 

 


12 yan , 2021 14:58


Xəbər lenti