Karantin qaydalarını pozan təhsil müəssisəsinin rəhbəri həbs edildi - FOTO/VİDEO » XeberlerTv.info

Karantin qaydalarını pozan təhsil müəssisəsinin rəhbəri həbs edildi - FOTO/VİDEO

 


 

 

Sumqayıt şəhərində Nazirlər Kabineti yanında operativ qərargahın tələb və göstərişlərinə zidd olaraq şagirdlərə yerində hazırlıq keçən tədris mərkəzi aşkar edilib. 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər sakini Taleh Mənsimova məxsus "Lider” hazırlıq kursunun qanunsuz olaraq fəaliyyət göstərdiyi müəyyən edilib.

Obyektə baxış zamanı şagirdlərin sinif otaqlarında sanitar-karantin qaydalarına əks olaraq sosial məsafə gözləmədən tədrisə cəlb edildikləri ortaya çıxıb.

Görülən tədbirlər nəticəsində kursun direktoru T.Mənsimov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi isə protokol tərtib edilərək qərar verilməsi üçün məhkəməyə göndərilib.

Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə həmin şəxs 10 sutka inzibati qaydada həbs edilib.

 

5 dek , 2020 21:37


Xəbər lenti