Qırmızı Xaç Komitəsi TƏBİB-ə döyüş yaralıları üçün tibbi yardım dəsti ianə edib - FOTO » XeberlerTv.info

Qırmızı Xaç Komitəsi TƏBİB-ə döyüş yaralıları üçün tibbi yardım dəsti ianə edib - FOTO

 


 

 

Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) 10 ədəd "Döyüş yaralıları üçün tibbi yardım dəsti” ianə edilib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin səhiyyə proqramı üzrə məsul əməkdaşı Tərlan Ağayev ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin müdiri Ramin Ağayev sözügedən yardımın qəbul edilməsi məqsədilə təhvil-təslim mərasimində iştirak ediblər. Qeyd olunan dəstin 1 ədədi 50 nəfər ağır döyüş yaralısına keyfiyyətli tibbi yardım göstərilməsi üçün nəzərdə tutulur.

Komitə tərəfindən TƏBİB-in tabeliyində olan "Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası”na sarğı materialı, əlcəklər və s. tibbi sərfiyyat materialları ianə edilib.

Qeyd olunan ianələr dəstək üçün müxtəlif stansiya və xəstəxanalara paylanılıb.

 


28 noy , 2020 17:28


Xəbər lenti