Fransa səfirliyi qarşısında aksiya keçirilib - VİDEO/YENİLƏNİB » XeberlerTv.info

Fransa səfirliyi qarşısında aksiya keçirilib - VİDEO/YENİLƏNİB

 

 

 

 

Bu gün Fransanın Azərbaycandakı səfirliyinin qarşısında keçirilən aksiyada iştirakçılar iki ölkə arasındakı münasibətlərə yenidən baxılmasını tələb ediblər. 

Aksiya iştirakçıları ötən gün Fransa senatının qəbul etdiyi qətnamənin ATƏT-in Minsk qrupunun üzvü olan Fransanın vasitəçilik missiyasına uyğun olmadığını bildiriblər. 

Sədrlik qarşısına toplaşan insanlar qəti şəkildə Fransa senatının belə bir mövqe bildirməsini pisləyib. Eyni zamanda ATƏT üzvlərinin Fransanın vasitəçilik missiyasına yenidən baxılması məsələsi irəli sürülüb. Bundan sonra Fransa ilə Azərbaycan arasında münasibətlərin əvvəlki  kimi olmayacağını səsləndirən aksiya iştirakçıları, hətta diplomatik əlaqələrin yenidən gözdən keçirilməsi ilə bağlı şüarlar səsləndiriblər.

12:21

Fransanın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirilir.

Xeberlertv.com-ın əldə etdiyi məlumata görə, aksiyada iştirak edənlər Fransa Senatının qondarma "Dağlıq Qarabağ respublikası”nın tanınması haqqında qəbul etdiyi qətnamənin qəbul edilməsinə etirazlarını bildiriblər. 


26 noy , 2020 14:36


Xəbər lenti