Vətənin müdafiəsində iştirak edən qazilərlə görüş keçirilib - FOTO » XeberlerTv.info

Vətənin müdafiəsində iştirak edən qazilərlə görüş keçirilib - FOTO


Vətənin müdafiəsində iştirak edən qazilərlə görüş keçirilib - FOTO


İgid oğullarımızın ən böyük arzusu sağalıb yenidən Vətənin müdafiəsində durmaqdır.

Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının və digər dövlət qurumlarının məsul şəxsləri Vətən müharibəsində yaralanmış döyüşçüləri ziyarət ediblər.

Onlar qaziləri düşmən üzərində qazanılan tarixi qələbə münasibətilə təbrik edib, müzəffər ordumuzun torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətin əsl qəhrəmanlıq salnaməsi olduğunu diqqətə çatdırıblar.

Görüşdə dövlətimizin şəhid ailələrinə və vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edən qazilərimiz qələbəyə xalqımızın birliyinin və həmrəyliyinin sayəsində nail olduğumuzu vurğulayıblar.

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları da Vətən savaşında böyük şücaət göstərərək, düşmənə aman verməyən qazilərimizi ziyarət ediblər. Vətənimizin igid oğullarına baş çəkməyi özlərinə borc bilən asayiş keşikçiləri onları vətənpərvər böyüdən valideynlərə də minnətdarlıqlarını bildiriblər.


Vətənin müdafiəsində iştirak edən qazilərlə görüş keçirilib - FOTO
Vətənin müdafiəsində iştirak edən qazilərlə görüş keçirilib - FOTO
Vətənin müdafiəsində iştirak edən qazilərlə görüş keçirilib - FOTO
Vətənin müdafiəsində iştirak edən qazilərlə görüş keçirilib - FOTO
Vətənin müdafiəsində iştirak edən qazilərlə görüş keçirilib - FOTO

19 noy , 2020 15:01


Xəbər lenti