Yol hərəkəti qaydalarının pozulmasına görə 93 milyon manat cərimə tətbiq edildi - RƏSMİ » XeberlerTv.info

Yol hərəkəti qaydalarının pozulmasına görə 93 milyon manat cərimə tətbiq edildi - RƏSMİ

Yol hərəkəti qaydalarının pozulmasına görə 93 milyon manat cərimə tətbiq edildi - RƏSMİ



2020-ci ilin yanvar-sentyabr aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2 milyon 846 min 500 olub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

“Xətaların 34,4 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 20,7 faizi dayanma və ya durma qaydalarının pozulması, 8,7 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 8,3 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 7,3 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 4,1 faizi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması, 3,2 faizi icbari sığorta müqaviləsinin bağlanmaması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb”, - deyə məlumatda qeyd edilib.

Qaydaların pozulmasına görə 93,2 milyon manat məbləğində cərimələr tətbiq edilib.

18 noy , 2020 16:57


Xəbər lenti