Qəbələdə yeni yaşayış binasının tikintisinə başlanılacaq » XeberlerTv.info

Qəbələdə yeni yaşayış binasının tikintisinə başlanılacaq

Qəbələdə yeni yaşayış binasının tikintisinə başlanılacaq


Qəbələ Rayon İcra Hakimiyyəti yeni bina tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Dövlət satınalmaları elektron portalından əldə edilən məlumata görə, icra hakimiyyəti bu istiqamətdə “Baku Building” MMC ilə müqavilə bağlayıb.

Müqavilə şərtlərinə əsasən, Qəbələdə 48 mənzilli yaşayış binasının tikintisi işləri şirkətə həvalə olunub. Tender üzrə işlərin təmin edilməsinə 2 milyon 658 min 820 manat səf olunacaq.

Qeyd edək ki, “Baku Building MMC” inşaat sektorunda tikinti və təmir xidmətlərini həyata keçirən şirkətdir.

18 noy , 2020 16:20


Xəbər lenti