Bilal Əliyev: “Arzum budur, bayrağımızı İsa bulağına sancmaq mənə qismət olsun” » XeberlerTv.info

Bilal Əliyev: “Arzum budur, bayrağımızı İsa bulağına sancmaq mənə qismət olsun”

Bilal Əliyev: “Arzum budur, bayrağımızı İsa bulağına sancmaq mənə qismət olsun”



“Şuşanın azad olunması ilə bağlı xalqımızı təbrik edirəm. Arzum budur, bayrağımızı İsa bulağına sancmaq mənə qismət olsun”.

Bu sözləri Azərbaycanın Xalq artisti Bilal Əliyev AzTV-nin efirində yayımlanan “Qarabağ sədası” verilişində qonaq olarkən deyib.

B.Əliyev bildirib ki, sevincinin həddi-hüdudu yoxdur:

“Üçrəngli Azərbaycan bayrağının Qarabağın hər bir guşəsində qürurla dalğalanmasını arzu edirəm. Əhd etdim ki, Allahın evini ziyarət edim. Bir bayraq aldım və onu evdə bir gün üçün saxladım. Əhd etdim ki, bu üçrəngli bayrağı Allahın evinə ziyarətə aparım. Orada Allahdan diləyim o idi ki, bizə bu bayrağı Qarabağda, Şuşada İsa bulağının üstündən asım. Bu gün Şuşa artıq azaddır. Allah mənə nəsib etsin ki, bu bayrağı İsa bulağının üzərinə sancım”.


Səmil Şahlaroğlu

9 noy , 2020 15:47


Xəbər lenti