İmişlili pambıqçılar indiyədək sahələrdən 19 min tondan artıq məhsul toplayıblar. » XeberlerTv.info

İmişlili pambıqçılar indiyədək sahələrdən 19 min tondan artıq məhsul toplayıblar.

İmişlili pambıqçılar indiyədək sahələrdən 19 min tondan artıq məhsul toplayıblar.



Bu mövsüm imişlili pambıqçılar 7 min 923 hektar sahədə pambıq yetişdiriblər. Yığıma mütəşəkkil başlayan sahibkarlar indiyədək sahələrdən 19 min 061 ton məhsul toplayaraq qəbul məntəqələrinə göndəriblər.

Məhsul istehsalçıları yetişdirdikləri pambığı itkisiz toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. Hər hektarda məhsuldarlığın ən azı 20 sentnerə çatdırılmasının hədəf kimi qarşıya qoyulması torpaq mülkiyyətçilərinin məsuliyyətini daha da artırıb. Becərmənin bütün mərhələlərində bitkiyə aqrotexniki tələblər səviyyəsində qulluq edilib. Bunun nəticəsində sahələrdə bol məhsul yetişib. Rayon pambıqçıları ötən illərdən fərqli olaraq bu mövsüm məhsulun maşınlarla yığılmasına üstünlük veriblər. Hazırda sahələrdə ən müasir 30 pambıqyığan kombayn işləyir və hər gün tədarük olunan məhsulun 345-350 tonu bu maşınların köməyi ilə toplanılır. Rayonda ən çox pambıq əkən Aranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Əlhümbət Alkişiyev bildirib ki, kənddə fəaliyyət göstərən 120 fermer bu il 2 min hektar sahədə pambıq becərib və indiyə kimi sahələrdən 5 min tondan çox məhsul toplayıblar. Məhsuldarlıq orta hesabla 25-30 sentner olur. Hələ sahələrdə məhsul çoxdur. Hazırda sahələrdə ikinci yığım gedir. Təxmini hesablamalara görə, sahibkarlar bundan sonra daha 1000 ton pambıq toplaya biləcəklər.

Qeyd edək ki, imişlili pambıqçılar bu il sahələrdən 22-23 min tondan çox məhsul toplamağı qarşıya məqsəd qoyublar.


Səmil Şahlaroğlu

8 noy , 2020 22:12


Xəbər lenti