Salyanda kənd məktəblərindən biri ilkə imza atıb. Təkcə 1 sinifi olan məktəbin 13 şagirdindən 10-nu... » XeberlerTv.info

Salyanda kənd məktəblərindən biri ilkə imza atıb. Təkcə 1 sinifi olan məktəbin 13 şagirdindən 10-nu...

Salyanda kənd məktəblərindən biri ilkə imza atıb. Təkcə 1 sinifi olan məktəbin 13 şagirdindən 10-nu...



Salyanda kənd məktəblərindən biri ilkə imza atıb. Təkcə 1 sinifi olan məktəbin 13 şagirdindən 10-nu ali məktəbə qəbul imtahanlarında yüksək bal toplayaraq uğurlu nəticələr göstərib.
Söhbət Salyan rayonu şəhid Rafael Quliyev adına Ərəbqardaşbəyli kənd tam orta məktəbindən gedir. Uzun illər qəzalı məktəbdə dərs keçən, bu ilin fevralında isə Heydər Əliyev Fondu tərəfindən tikilərək istifadəyə verilən yeni məktəbdə cəmi bir ay təhsil alan 11-ci sinf şagirdləri pandemiya dövründə yalnız onlayn sistemi ilə təhsillərini davam etdiriblər. Bütün bu çətinliklərə baxmayaraq, bir sinifdə təhsil alan 13 şagird öz üzərində məsuliyyətlə çalışaraq ali məktəbə qəbul olmaq və tələbə adını qazanmaq üçün biliklərini sınayıb. Ali məktəbə qəbul zamanı sənədlərini verən 12 şagirddən 10-nu yüksək bal toplayaraq uğurlu nəticələr göstərib.
Ali məktəbə qəbul zamanı məktəbin yetirmələrindən 1-i 600-dən çox, 3 nəfəri 500-dən yuxarı, 1 nəfər 300-dən artıq, qalanları isə 400-500 arasında bal toplayaraq rayonda kənd məktəbləri arasında ilkə imza atıblar.
Məktəb direktoru İbadət Cəfərovun dediyinə görə, pandemiya olmasaydı şagirdlər daha yüksək nəticələr göstərə bilərdi. Qeyd edək ki, sentyabrın 10-dan etibarən ixtisas seçiminə start verilib. Ərəbqardaşbəyli kənd tam orta məktəbinin məzunları da bu ixtisas seçiminə qatılmaqla öz arzularının cığırına düşüb sonda şirinlik rəmzi olan tort kəsilib.


Salyanda kənd məktəblərindən biri ilkə imza atıb. Təkcə 1 sinifi olan məktəbin 13 şagirdindən 10-nu...
Salyanda kənd məktəblərindən biri ilkə imza atıb. Təkcə 1 sinifi olan məktəbin 13 şagirdindən 10-nu...
Salyanda kənd məktəblərindən biri ilkə imza atıb. Təkcə 1 sinifi olan məktəbin 13 şagirdindən 10-nu...
Salyanda kənd məktəblərindən biri ilkə imza atıb. Təkcə 1 sinifi olan məktəbin 13 şagirdindən 10-nu...
Salyanda kənd məktəblərindən biri ilkə imza atıb. Təkcə 1 sinifi olan məktəbin 13 şagirdindən 10-nu...


Səmil Şahlaroğlu

12 sen , 2020 14:10


Xəbər lenti