Vəziyyət belə davam edərsə Neftçaladan sonra vəziyyəti ciddi olan rayon Salyan olacaq

cemiyyet

22896

Vəziyyət belə davam edərsə Neftçaladan sonra vəziyyəti ciddi olan rayon Salyan olacaq

Xəzərin şor suyunun Kürə axması nəticəsində insanlar artıq xeyli müddətdir ki, su problem ilə qarşı-qarşıya qalıb. Neftçala şəhəri, Salyan rayonu və əksər kəndlərdə əhali əkin sahələrini suvarmaqda çətinlik çəkir, məhsullar məhv olur. Təkcə 80 minlik Neftçala əhalisi içməli su problemi yaşayır. Salyanda da Kür çayının vəziyyəti olduqca ciddidir. Belə ki, demək olar hər gün çayın səviyyəsində enmə müşahidə olunur.

Vaxtilə dəli adlandırdığımız Kür artıq həmin Kür deyil. Nə əvvəlki kimi coşur-daşır, nə insanları vahiməyə salır, nə də görkəmini qoruyub saxlayır. Çayın Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsinin metrlərlə azalması səbəbindən bu gün mənzərə çox acınacaqlıdır.

  Vəziyyətin belə həddə olması su nasoslarına da öz təsirini göstərib. Demək olar ki, su nasosları indiki halda tam gücü ilə işləyə bilmir. Bir neçə sakin isə artıq su nasoslarını Kür sahilindən yığışdırmağa məcbur olub. Bundan başqa Kür çayında suyun səviyyəsinin həddən artıq aşağı düşməsi su quyularına da təsirsiz ötüşməyib. Mütəxəssislərin fikrincə, Mingəçevir Su Anbarında suyun tənzimlənməsi problemi həll olunmayana qədər vəziyyət kritik olaraq qalacaq. Məhz bu səbəbdən içməli suyu ekonomla işlətmək tövsiyə olunur.

 Ekoloq qeyd edir ki, Kürdə indiki ciddi vəziyyətin yaranması təkcə dünyada baş verən qlobal istiləşmə deyil. Bundan başqa yağıntıların düşməməsi də əsas səbəblərdən biri olsa da çayın quruması həm də insan amili ilə bağlıdır.

 Kür çayının səviyyəsinin kəskin düşməsi rayonda çay sahili boyunca yerləşən Tuğay meşələrinə də ciddi təsir göstərib. Belə ki, burada “Qırmızı kitaba” düşən yulğun ağaclarının quruması hallarına da rast gəlinir.