TƏBİB: İnsanlar maska taxsa belə, əl gigiyenasına diqqət yetirməsə, yenə yoluxma olacaq

cemiyyet

44361

TƏBİB: İnsanlar maska taxsa belə, əl gigiyenasına diqqət yetirməsə, yenə yoluxma olacaq

“Ailənin bütün fərdləri maska, sosial məsafə və gigiyena ilə bağlı tələblərə riayət etməlidirlər”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, insanlar maska taxsa belə, əl gigiyenasına diqqət yetirməsə, yenə yoluxma olacaq.