Neftçala da 170 ilə yaxın yaşı olan aptekin yerləşdiyi tarixi binanın əsaslı təmirə ehtiyacı var

cemiyyet

168858

Neftçala da 170 ilə yaxın yaşı olan aptekin yerləşdiyi tarixi binanın əsaslı təmirə ehtiyacı var



Azərbaycanda ilk aptek 1850-ci ildə yaranıb ki, bu aptek Neftçalanın Bankə qəsəbəsində yerləşir 2 əsirə yaxın yaşı olan aptek bu gündə öz fəaliyyət davam etdirir.Əməktaşlarmız adı gedən aptekdə olublar.

XIX əsrdə yaradılmış ilk aptek indi də öz təyinatı üzrə fəaliyyət göstərir.
Sözügedən aptek Neftçalanın Bankə qəsəbəsində yerləşir.
Hələ XIX əsrin əvvəllərində rayonun Tatarməhlə kəndi ərazisində fəaliyyət göstərən "Allah mədəni" adlanan məşhur balıqçılıq müəssisəsi yandıqdan sonra 1841-ci ildə vətəgələr xəstəxana, inzibati idarə və yaşayış sahələri ilə birlikdə Bankəyə köçürülür. Yerli əhali ilə yanaşı, balıq vətəgələrində yüzlərlə İrandan gələn həmşəri, rus, tatar, gürcü muzdlular çalışır. O vaxtlar vəba, taun kimi xəstəliklərin balıqçılar arasında yayılmasının qarşısını almaq üçün zəruri tədbirlər də görülür. Məhz həmin dövrdə -1850-ci ildə Bankədə, balıqçı gəmisində ilk aptek yaradılır.
O dövrdə qəsəbədə fəhlələr üçün daşdan hörülmüş, taxtadan düzəldilmiş 1-2 mərtəbəli binalar inşa edilib. Artıq kombinatda sıxlıq olduğundan Bankə balıq vətəgəsi xəstəxanası və aptek həmin binaların birində yerləşdirilib.


Azərbaycanda yaradılan ilk aptek, əvvəllər olduğu kimi, bu gün təkcə qəsəbənin deyil, hətta qonşu kəndlərin də əhalisinə xidmət göstərir..30 ildən çoxdur ki əzaçı kimi çalışan Əyyub İsmayılov qeyd etdi ki,tarixi bina gələcək nəsillərə qorunub saxlanması üçün binan muzey kimi qorunub saxlanmalıdır.

Lakin 170 ilə yaxın yaşı olan aptekin yerləşdiyi tarixi binanın əsaslı təmirə ehtiyacı var.Sonuncu dəfə bina 1986-cı ildə təmir olunub.
Qəsəbə sakinləridə qeyd etdi ki,bizim qəsəbənin tək apteki olan bu bina hər zaman bizə xidmət edib bu gündə xidmət edir biz istərdik ki,aptek əsaslı təmir olunaraq öz adın qoruyub saxlaya bilsin!



Neftçala da 170 ilə yaxın yaşı olan aptekin yerləşdiyi tarixi binanın əsaslı təmirə ehtiyacı var
Neftçala da 170 ilə yaxın yaşı olan aptekin yerləşdiyi tarixi binanın əsaslı təmirə ehtiyacı var
Neftçala da 170 ilə yaxın yaşı olan aptekin yerləşdiyi tarixi binanın əsaslı təmirə ehtiyacı var
Neftçala da 170 ilə yaxın yaşı olan aptekin yerləşdiyi tarixi binanın əsaslı təmirə ehtiyacı var
Neftçala da 170 ilə yaxın yaşı olan aptekin yerləşdiyi tarixi binanın əsaslı təmirə ehtiyacı var


Xeberlertv.info
Səmil Şahlaroğlu