Zərbəliyev Zavir Səməndər oğlunun şərəfli həyat yoluna nəzər salaq..

cemiyyet

154548

Zərbəliyev Zavir Səməndər oğlunun şərəfli həyat yoluna nəzər salaq..


Zavir Zərbəliyev : Mən, Zərbəliyev Zavir Səməndər oğlu, 1977-ci ilin aprel ayının 10-da Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olmuşam. Azərbaycanlıyam.
1983-cü ildə Vəndam qəsəbəsi 1 saylı tam orta məktəbə daxil olmuşam. 1994-cü ildə həmin orta məktəbi bitirmişəm.
15 iyul 1995-ci ildə Qəbələ rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılmışam. 216 və 917 nömrəli hərbi hissələrdə əsgər rütbəsində həqiqi hərbi xidmət keçmişəm. 27 iyul 1996-cı il tarixdə Bakı Ali Birləşmiş Komandirlər məktəbinə daxil olmuşam. 2000-ci ildə ümumqoşun komandiri ixtisası üzrə həmin məktəbi bitimişəm.
Məktəbi bitirdikdən sonra mənə leytenant hərbi rütbəsi verilmiş və Müdafiə Nazirinin müvafiq əmrinə əsasən 777 nömrəli hərbi hissədə motoatıcı tağım komandiri vəzifəsinə göndərilmişəm.
23 avqust 2000-ci il tarixdən 18 iyul 2001-ci il tarixədək 777 nömrəli hərbi hissədə motoatıcı tağım komandiri, 18 iyul 2001-ci il tarixdən 22 iyun 2002-ci il tarixədək 777 nömrəli hərbi hissədə motoatıcı taborun kəşfiyyat tağım komandiri-kəşfiyyat rəisi, 22 iyun 2002-ci il tarixindən 25 noyabr 2003-cü il tarixədək 777 nömrəli hərbi hissədə motoatıcı bölük komandiri (PDM-2), 25 noyabr 2003-cü il tarixdən 17 oktyabr 2008-ci il tarixədək 171 nömrəli hərbi hissədə motoatıcı bölük komandiri, 17 oktyabr 2008-ci il tarixdən 11 fevral 2011-ci il tarixədək 171 nömrəli hərbi hissədə motoatıcı taborun qərargah rəisinin maddi texniki təminat üzrə köməkçisi, 11 fevral 2011-ci il tarixdən 06 yanvar 2013-cü ilə kimi 777 nömrəli hərbi hissədə motoatıcı taborun qərargah rəisi, 06 yanvar 2013-cü il tarixdən 14 may 2014-cü ilə kimi 190 nömrəli hərbi hissədə motoatıcı taborunun qərargah rəisi-tabor komandirinin müavini (tabor komandiri vəzifəsinin icraçısı), 14 may 2014-cü il tarixdən 13 mart 2015-ci il tarixədək 051 nömrəli hərbi hissədə əməliyyat şöbə rəisinin ümumi planlaşdırma üzrə baş köməkçisi, 13 mart 2015-ci il tarixdən 14 fevral 2016-cı il tarixədək 130 nömrəli hərbi hissənin əməliyyat bölmə rəisi – qərargah rəisinin müavini (hərbi hissənin qərargah rəisi-briqada komandirinin müavini vəzifəsinin icraçısı), 14 fevral 2016-cı il tarixdən 1 noyabr 2017-ci il tarixədək Müdafiə Nazirliyi Əməliyyat Baş İdarəsi Əməliyyatların Planlaşdırılması şöbəsi Ümumi Planlaşdırma bölməsinin baş zabiti vəzifəsində xidmət etmişəm. 1 noyabr 2017-ci il tarixdən Respublika Müdafiə nazirinin müvafiq əmri ilə ehtiyata buraxılmışam.
Mənə 23.07.2000-ci ildə “leytenant”, 23.07.2002-ci ildə “baş leytenant”, 17.06.2006-cı ildə “kapitan”, 25.06.2011-ci il tarixdə “mayor”, 25.06.2016-cı il tarixdə “polkovnik-leytenant” hərbi rütbələri verilmişdir.
Evliyəm.
Həyat yoldaşım – Zərbəliyeva (Bədəlova) Şəhanə Əliyar qızı 1988-ci il iyul ayının 15-də Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olub. Azərbaycanlıdır. Orta təhsillidir. Qəbələ rayonu Vəndam qəsəbəsində yaşayır.
Qızım – Zərbəliyeva Əsli Zavir qızı 2005-ci il iyun ayının 18-də Qəbələ rayonunda anadan olub,. Azərbaycanlıdır. Qəbələ rayonu Vəndam qəsəbəsində yaşayır.
Oğlum – Zərbəliyev Kamal Zavir oğlu 2009-cu il yanvar ayının 15-də Qəbələ rayonunda anadan olub, məktəblidir. Azərbaycanlıdır. Qəbələ rayonu Vəndam qəsəbəsində yaşayır.
Oğlum – Zərbəli Səməndər Zavir oğlu 2015-ci il iyun ayının 10-da Qəbələ rayonunda anadan olub. Azərbaycanlıdır. Qəbələ rayonu Vəndam qəsəbəsində yaşayır.
Atam – Zərbəliyev Səməndər Əsgərağa oğlu 1947-ci ilin noyabr ayının 28-də Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olub. 2010-cu il mart ayının 30-da vəfat etmişdir. Azərbaycanlı idi. Vəndam qəsəbə qəbiristanlığında dəfn olunmuşdur.
Anam – Zərbəliyeva (Lətifova) Tamilə Səfər qızı 1947-ci il fevral ayının 2-də Qəbələ rayonu Həzrə kəndində anadan olmuşdur. 2008-ci il aprel ayının 26-da vəfat etmişdir. Azərbaycanlı idi. Vəndam qəsəbə qəbiristanlığında dəfn olunmuşdur.
Qardaşım – Zərbəliyev İnqilab Səməndər oğlu 1971-ci il sentyabr ayının 1-də Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olub, ali təhsillidir Azərbaycanlıdır. Evlidir. İşsizdir. Qəbələ rayonu Vəndam qəsəbəsində yaşayır.
Qardaşım– Zərbəliyev Sakit Səməndər oğlu 1974-cü il yanvar ayının 2-də Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olub,ali hərbi təhsillidir. Azərbaycanlıdır. Evlidir. Təqaüdçüdür. Qəbələ rayonu Vəndam qəsəbəsində yaşayır.
Bacım – Eyyubova (Zərbəliyeva) Rəna Səməndər qızı 1975-ci il iyun ayının 14-də Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olub. Azərbaycanlıdır. Ailəlidir. Evdar qadındır. Qəbələ rayonu Vəndam qəsəbəsində yaşayır.

Həyat yoldaşımın yaxın qohumları

Atası – Mirzəyev Əliyar Ələddin oğlu 1958-ci il sentyabr ayının 11-də Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olub. Azərbaycanlıdır. İşsizdir. Qəbələ rayonu Vəndam qəsəbəsində yaşayır.
Anası – Mirzəyeva (Vəliyeva) Hərifə Mirzəmməd qızı 1958-ci il apel ayının 10-da Qəbələ rayonu Məmmədağalı kəndində anadan olub. Azərbaycanlıdır. Təqaüdçüdür. Qəbələ rayonu Vəndam qəsəbəsində yaşayır.
Qardaşı – Bədəlov İsmayıl Əliyar oğlu 1982-ci il yanvar ayının 25-də Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olmuşdur. 2015-ci il oktyabr ayının 10-da vəfat etmişdir. Azərbaycanlı idi. Vəndam qəsəbə qəbiristanlığında dəfn olunmuşdur.

Zərbəliyev Zavir Səməndər oğlunun şərəfli həyat yoluna nəzər salaq..
Zərbəliyev Zavir Səməndər oğlunun şərəfli həyat yoluna nəzər salaq..
Zərbəliyev Zavir Səməndər oğlunun şərəfli həyat yoluna nəzər salaq..
Zərbəliyev Zavir Səməndər oğlunun şərəfli həyat yoluna nəzər salaq..


Xeberlertv.info
Səmil Şahlar oğlu Quliyev