Azərbaycanda yüksək vəzifəli şəxs işdən çıxarıldı » XeberlerTv.info

Azərbaycanda yüksək vəzifəli şəxs işdən çıxarıldı

Azərbaycanda yüksək vəzifəli şəxs işdən çıxarıldı



Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) inzibati-təsərrüfat işləri üzrə prorektoru Adilxan Xəlilov vəzifəsindən azad edilib.

Xeberlertv.com-ın məlumatına görə, bu barədə müvafiq əmri Təhsil Naziri Ceyhun Bayramov imzalayıb.

ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov məlumatı saytımıza təsdiqləyib.

O bildirib ki, Adilxan Xəlilov öz ərizəsi ilə işdən azad edilib:

“A.Xəlilov bir müddətdir ki, səhhəti ilə bağlı müalicə olunur. Bu ilin yanvarında Türkiyədə əməliyyat olunduqdan sonra o, gərgin iş rejimində çalışa bilməyəcəyini bildirib. A.Xəlilov işdən azad olunmaqla bağlı ərizə ilə müraciət edib və onun xahişi təmin olunub”.

31 mar , 2020 15:42


Xəbər lenti