Aktyor nəvəsinin toyu günü vəfat etdi » XeberlerTv.info

Aktyor nəvəsinin toyu günü vəfat etdi

Aktyor nəvəsinin toyu günü vəfat etdi

Xalq artisti, Gənc Tamaşaçılar Teatrınin aktyoru Ağaxan Salmanlı vəfat edib. Bu barədə məlumatı teatrın mətbuat xidmətinin rəhbəri Pərvin xanım yayıb. O bildirib ki, dünən nəvəsinin toyunda iştirak edən aktyorun halı səhər saatlarında qəflətən pisləşib və Ağaxan bəy keçinib.
Ağaxan Salmanlı 29 oktyabr 1941-ci ildə Suraxanıda anadan olub. 1949-1959-cu illərdə orta məktəbdə təhsil alıb. İlk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb (1960-1964). Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb. Bir neçə Mozalan kinojurnalında çəkilib. Əməkdar artist (1978), xalq artistidir (2005). 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 10 mart 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı ilə təltif edilmişdir.6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

29 fevral 2020-ci ildə səhər saatlarında qəflətən vəfat etmiş aktyorun Suraxanıdan , yaşadığı evdən son mənzilə yola salındıgı bildirilir.

29 fev , 2020 16:06


Xəbər lenti