Fevralda aylıq yağıntının miqdarı bəzi bölgələrdə normadan çox olacaq » XeberlerTv.info

Fevralda aylıq yağıntının miqdarı bəzi bölgələrdə normadan çox olacaq

Fevralda aylıq yağıntının miqdarı bəzi bölgələrdə normadan çox olacaq

Fevralda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə 2°, respublikanın dağlıq və dağətəyi rayonlarında isə 3-4° yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimalı var. Birinci ongünlüyün ilk günündə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 5-7° isti olacağı gözlənilir ki, bu da iqlim normasından 2° yüksəkdir. Havanın temperaturu gecələr 2-7° isti, bəzi günlərdə 0-2° şaxta, gündüzlər 8-13°, bəzi yerlərdə 5° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 21-24 millimetr) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 2-5° isti olacağı gözlənilir ki, bu da iqlim normasından 1-4° yüksəkdir. Havanın temperaturunun gecələr 5-10°, dağlarda 15-20° şaxta, gündüzlər 5-10° isti, bəzi yerlərdə 0-3° şaxta olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 11-29 millimetr) olacağı bildirilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 1° şaxtadan 2°-dək isti olacağı gözlənilir. Bu da iqlim normasına yaxın və 2-4° yüksəkdir. Havanın temperaturunun gecələr 0-5°, bəzi günlərdə 8-10° şaxta, gündüzlər 3-8° isti, bəzi yerlərdə 0-4° şaxta olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (25-35 millimetr) ehtimal edilir.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperatur 4-6° isti olacaq. Bu da iqlim normasına yaxın və 2-3° yüksəkdir. Havanın temperaturunun gecələr 0-5° isti, bəzi günlərdə 1-4° şaxta, gündüzlər 6-11° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq (15-36 millimetr).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 1-5° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 3° yüksəkdir. Havanın temperaturunun gecələr 0-5°, bəzi günlərdə 7-10°, yüksək dağlıq ərazilərdə 17-22° şaxta, gündüzlər 6-11°, bəzi yerlərdə 0-2° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 24-55 millimetr) olacağı ehtimalı var.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 5-7° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2° yüksəkdir. Havanın temperaturunun gecələr 3-8° isti, bəzi günlərdə 0-4° şaxta, gündüzlər 8-13° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 21-35 millimetr) proqnozlaşdırılır.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperatur 2-6° isti olacaq. Bu da iqlim normasına yaxın və 1-2° yüksəkdir. Havanın temperaturunun gecələr 1-6° isti, bəzi günlərdə 0-2°, dağlarda 5-10° şaxta, gündüzlər 7-12°, bəzi günlərdə 5° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 44-105 millimetr) olacağı gözlənilir.

31 yan , 2020 17:00


Xəbər lenti