İcra başçısı şəhid ailəsinə baş çəkdi - FOTO

cemiyyet

1352295

İcra başçısı şəhid ailəsinə baş çəkdi - FOTO

Azərbaycan xalqının tarixinə qanlı yanvar faciəsi kimi daxil olan 20 yanvar faciəsindən 30 il keçməsinə baxmayaraq, xalq hər il bu faciə qurbanlarının xatirəsini yad etməyi özünün müqəddəs borcu hesab edir.
Salyan rayonunda Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar izdihamlı anım tədbiri keçirilib.



Tədbirdə rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları “20 Yanvar şəhidləri abidə-kompleksi"ni, 20 Yanvar şəhidi Elçin İmanovun məzarını və Şəhidlər xiyabanını ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtramla yad ediblər.
Anım mərasimi sonra Dövlət Kukla teatrının inzibati binasında faciənin dəhşətlərini əks etdirən rəsm sərgisi və Mədəniyyət Mərkəzinin kollektivinin ifasında "30 yaşlı 20 Yanvar” adlı ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
Tədbirdən sonra rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, 20 Yanvar şəhidi Elçin İmanovun ailəsinə baş çəkərək, valideyinləri ilə görüşüb.

İcra başçısı şəhid ailəsinə baş çəkdi - FOTO
İcra başçısı şəhid ailəsinə baş çəkdi - FOTO
İcra başçısı şəhid ailəsinə baş çəkdi - FOTO
İcra başçısı şəhid ailəsinə baş çəkdi - FOTO
İcra başçısı şəhid ailəsinə baş çəkdi - FOTO
İcra başçısı şəhid ailəsinə baş çəkdi - FOTO
İcra başçısı şəhid ailəsinə baş çəkdi - FOTO

Səmil Şahlar oğlu Quliyev