TANIYAQ! Belə icra başçılarımız var!

cemiyyet

8155269

TANIYAQ! Belə icra başçılarımız var!

TANIYAQ! Belə icra başçılarımız var!

Yardımlının sabiq, Salyanın hazırki icra başçısı Sevindik Hətəmov ən nümunəvi məmurlardan biridir.

Rayonun Bozayran kəndində dərəyə düşüb yanan maşında həlak olan iki gəncin cəsədini görərkən hönkür-hönkür ağlayıb.

Adətən, məmurlar qəbuluna gələn vətəndaşların qarşısında ayağa qalxmağı özünə sığışdırmırlar. O isə yanına gələn hər bir insana xüsusi diqqət göstərir, səbrlə dinləyir, nəvazişlə yola salırdı...

Rəhbərlik etdiyim Yardımlı Xeyriyyə Cəmiyyətinin rayonda keçirdiyi bütün tədbirlərində onun sayğı və diqqətini hiss etdim…

Bu gün Yardımlıda elə bir adam tapa bilməzsiz ki, bu kişidən narazı qalsın…

Yardımlıya rəhbərlik etmiş insanların arasında yeganə icra başçısı idi ki, ucqarlığından asılı olmayaraq hər bir kəndin yas məclislərində iştirak etməyi özünə borc bildi, itkilərə görə baş sağlığı verdi. Kimliyindən asılı olmayaraq hər bir vətəndaşın kədərinə şərik oldu.


Səmil Şahlar oğlu Quliyev