Bu gün mahir qarmon ifaçısı Aslan Mikayıl oğlu İlyasovun vəfat etdiyi gündür..

cemiyyet

1931850

Bu gün mahir qarmon ifaçısı Aslan Mikayıl oğlu İlyasovun vəfat etdiyi gündür..

Bu gün mahir qarmon ifaçısı Aslan Mikayıl oğlu İlyasovun vəfat etdiyi gündür..
O, 1948-ci ildə may ayının 22-də Salyan şəhərində anadan olub. 15 yaşından başlayaraq Salyan rayon Mədəniyyət Evində musiqiçi kimi işə başlayıb. 1980-cı ildə Bakı şəhəri Azərbaycan Konsert Birliyinə Solist kimi fəaliyyətini davam etdirib. 1990-cı ildə Azərbaycan Mədəniyyət Evinə solist kimi daxil olub.2005-ci ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist kimi fəaliyyət göstərib.Aslan İlyasov sənətindən başqa xalqı üçün bir çox xeyriyyə işləri də görüb. O , doğulub boya-başa çatdığı Salyan rayonunda geniş abadlıq işləri aparmış, park saldırmışdır. Aslan İlyasov rayon əhli üçün məscid inşa etdirmişdir.Mahir qarmon ifaçısı, xalqın çox sevib dəyər verdiyi Aslan İlyasov həmçinin özünün yazdığı "Aslanı" rəqsi ilə də qəlbləri fəth etmişdir. "Aslanı" kompozisiyası rəqs olsa belə çox incə və kövrək notlarla dolu bir əsərdir.Musiqiçinin Azərbaycan Dövlət Televeziya və Radiosunun videoteka və fonotekasında ifa etdiyi 30-a yaxın musiqinin lentyazıları saxlanılır. 20-yə kimi özünün bəstələdiyi rəqslər bu gün də azərbaycan xalqının qəlbində yaşayır, daim el şənliklərində səslənir.
1994-cü ildə Tehran şəhərində bu ustad ifaçının kompakt-kasseti satışa buraxılıb.
20 dekabr 2013-cü ildə uzun və ağır sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat edib..

Səmil Şahlar oğlu Quliyev