İmişli rayon təhsil sahəsində bu il uğurlu nəticələri yüksək olub-

bolge / tehsil

25758

İmişli rayon təhsil sahəsində bu il uğurlu nəticələri yüksək olub-



İmişli rayonunda 2018-2019-cu il tədri ilində 10 şagird 600-baldan yuxraı nəticə əldə ediblər 44 şagird 500-600 bal arası nəticə əldə etmiş 88 şagird orta ixtisas məktəblərinə qəbul olublar.Rayonun təhsil şöbəsinin müdiri Əlamdar Quliyevin səyi nəticəsində və müəllimlərin əbəsiz əməyinin nəticəsidir ki,rayonda ildən ilə uğurlu nəticələr əldə olunur.

Təhsil Nazirliyi tərəfindən məktəblərə noutbuklar paylanılıb
Təhsil Nazirliyi tərəfindən məktəblərin İKT avadanlıqları ilə təmin olunması ilə bağlı İmişli rayonunun 12 ümumi təhsil məktəbinə noutbuk paylanılıb.
Təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları (İKT) avadanlığı ilə təmin edilməsi məqsədi ilə həmin məktəblərə 118 ədəd noutbuk və onlara aid müxtəlif aksesuarlar verilib.
Gələcəkdə də rayonun ümumi təhsil məktəblərinin informasiya-kommunikasiya texnologiyaları (İKT) avadanlığı ilə təmin edilməsi prosesi davam etdiriləcəkdir.

Çaxırlı məktəbinin “Sərhədçi” komandası III yerin qalibi olub
İmişli rayonunun Çaxırlı kənd tam orta məktəbinin “Sərhədçi” komandası Beyləqan rayonunda keçirilmiş "Sərhəd" hərbi-idman oyunlarında III yerin qalibi olub.
"Sərhəd" hərbi-idman oyununun keçirilməsi gənclərin Vətənə sədaqət, onun sərhədlərinə hörmət və vətənpərvərlik ruhunda tərbiyə olunmasında, həmçinin gənclərdə sərhədçi peşəsinə marağın artırılmasında böyük rol oynayır.

“Gənc xilasedici və yanğınsöndürən” yarışının zona birinciliyi keçirilib
Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə Muğan Regional Mərkəzin əhatə etdiyi rayonların təhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib.
Yarışda İmişli rayonu Bəcirəvan kənd tam orta məktəbin komandası II yeri tutub.
“Gənc xilasedici və yanğınsöndürən”lər yarışı yeniyetmə və gənclərdə fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, şagirdlər arasında fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması, gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanması, şagirdlərin yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələri və ilkin tibbi yardımın düzgün göstərilməsi qaydalarının mənimsənilməsinin möhkəmləndirilməsi məqsədilə keçirilir.

Dilarə Səmədova “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi olub
İmişli rayonu Kurdmahmudlu kənd tam orta məktəbin 11-ci sinif şagirdi Dilarə Səmədova Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə keçirilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərindən olub.
Mayın 7-də keçirilmiş qaliblərin mükafatlandırılması mərasimində Dilarə tərifnamə ilə təltif olunub.

“Nəsimi ili”nə həsr olunmuş intellektual oyun üzrə regional məktəb çempionatı keçirilib
İmişli rayon Şahmat Məktəbində “Nəsimi ili”nə həsr olunmuş intellektual oyun üzrə regional məktəb çempionatı keçirilib. Çempionatda İmişli, Ağcabədi, Saatlı, Ağdam, Laçın və Xocavənd rayonlarının ümumtəhsil məktəblərinin 8-10-cu sinif şagirdlərindən ibarət komandalar iştirak edib.
Çempionatın keçirilməsində məqsəd gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına kömək etmək, yüksək yaradıcılıq qabiliyyətinə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik gəncləri aşkar etmək, onların inkişaf etdirilməsinə şərait yaratmaqdır.
İntellektual oyunun bu mərhələsində iştirak edən komandalar hər biri öz rayonunda keçirilmiş oyunlardan qalib çıxan komandalardır. Yarışda 36 sual səsləndirilib və 12 sualdan ibarət olan 3 tur keçirilib. Hər bir komanda yarışda 8 nəfərlə təmsil olunublar. Yarış zamanı isə masa arxasında 6 nəfər şagird əyləşib ki, onlardan biri komandanın kapitanı olub. Turlararası fasilələrdə komanda üzvlərinin əvəzlənməsinə icazə verilib. Sual səsləndirildikdən sonra şagirdlərə müzakirə üçün bir dəqiqə vaxt verilib və cavablar yazılı qaydada aparıcıya təhvil verilib. Hər düzgün cavab bir xalla qiymətləndirilib.
Yekunda İmişli rayon komandası 23 xal qazanaraq intellektual oyunun qalibi olub. Qalib komandanın üzvləri Təhsil Nazirliyi tərəfindən hədiyyələrlə mükafatlandırılıb və qalib komanda müvafiq televiziya kanalı tərəfindən həyata keçiriləcək çəkilişlərdə iştirak edəcək.

Respublika fənn olimpiadasının qalibləri
Həmsöhbətimiz Respublika fənn olimpiadasının riyaziyyat fənni üzrə bürünc mükafatçısı İmişli şəhər 1 saylı məktəb-liseyin 11-ci sinif şagirdi Turqut Ağaşov və coğrafiya fənni üzrə isə Xəlfəli kənd tam orta məktəbin 10-cu sinif şagirdi Xan Həsənlidir.

Turqut Ağaşov 400 bal toplayıb
İmişli şəhər 1 saylı məktəb-liseyin məzunu Turqut Ağaşov Dövlət İmtahan Mərkəzinin I ixtisas qrupu üzrə imtahanda təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə - 400 bal toplayıb.
Xatırladaq ki, Turqut buraxılış imtahanının və ali məktəbə qəbul imtanaını nəticəsinə görə 690 bal toplayıb.
Qeyd edək ki, imtahanda abituriyentlərə I ixtisas qrupunda riyaziyyat, fizika və kimya fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilib.

İmişli müəllimləri respublika pedaqoji mühazirələrində uğur qazanıblar
Respublika pedaqoji mühazirələrinin yekunları barədə Azərbaycan Respublikası təhsil nazirinin 15 iyul 2019-cu il tarixli F-446 №li əmrinə əsasən İmişli şəhər 3 saylı tam orta məktəbin rus dili müəllimi Şəlalə Rəhimova III dərəcəli diplomla və şəhər 1 saylı məktəb-liseyin coğrafiya müəllimi Rəhilə Şükürova isə tərifnamə ilə təltif olunub.
Pedaqoji mühazirələrin keçirilməsində məqsəd ümumi təhsil sahəsində keyfiyyət göstərcilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübələri təbliğ etməkdir.
Xatırladaq ki, pedaqoji mühazirələrin rayon mərhələsi bu ilin mart-aprel aylarında keçirilib.

Turqut Ağaşova qızıl medal təqdim olunub
İmişli şəhər 1 saylı məktəb-liseyin məzunu Ağaşov Turqut Rövşən oğlu təhsil ocağını yüksək nailiyyətlərlə bitirdiyinə görə qızıl medala layiq görülüb. Bu münasibətlə İmişli RTŞ-də tədbir keçirilib.
Tədbirdə çıxış edən RTŞ-nin müdiri Ələmdar Quliyev bu il ölkə üzrə ümumi təhsil müəssisələrinin 112 nəfər məzununun qızıl medalla təltif edildiyini, onlardan birinin də Turqut olduğunu bildirib.
O, İmişli rayon ümumitəhsil məktəblərinin uğurlarından söz açaraq, bunun davamlı olacağına əminliyini ifadə edib.
Sonra Turqut Ağaşova layiq görüldüyü qızıl medal təqdim olunub.

21 nəfərin hamısı ali məktəblərə qəbul olub
İmişli şəhər 1 saylı məktəb-liseyin texniki və riyaziyyat-iqtisadiyyat təmayüll sinfinin məzunu olan 21 nəfərin hamısı respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olunaraq tələbə adını qazanıblar.
İmişli RTŞ-nin rəhbərliyi adı gedən məktəbdə olub, tələbə adını qazanmış məzunlarla görüşərək onları bu münasibətlə təbrik ediblər.

İmişlidə yeni məktəb binalarının açılışı olub
Sentyabrın 14-də İmişli rayonunda Qızılkənd və Aranlı kənd 2 saylı tam orta məktəblərin açılış mərasimi keçirilib. Tədbirdə Təhsil Nazirliyinin, İmişli şəhər İcra Hakimiyyətinin və İmişli Rayon Təhsil Şöbəsinin rəhbərliyi, məktəblilər, müəllimlər və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.
Açılış mərasimində çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə rayon mərkəzindən 30 kilometr uzaqda yerləşən Qızılkənd və Aranlı kənd 2 saylı tam orta məktəblərin indiyədək köhnə binada yerləşdiyini bildirib. Qeyd edilib ki, bu məktəblər təhsil göstəricilərinin yüksək olması ilə fərqlənib. Prezident İlham Əliyevin təhsilə göstərdiyi qayğı və diqqətdən danışan Vilyam Hacıyev bildirib ki, Azərbaycanda təhsilin inkişafına dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir. Təhsil sahəsi dövlətin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biridir. Bu sahəyə qoyulan investisiyalar böyük əhəmiyyət kəsb edir.
Yeni məktəbdə hər bir fənn üzrə ixtisaslı müəllimlər tədris aparır. Qızılkənd kənd tam orta məktəbdə 560 nəfər şagirdin təlim-tərbiyəsi ilə 37 nəfər müəllim, Aranlı kənd 2 saylı tam orta məktəbdə 196 nəfər şagirdin təlim-tərbiyəsi ilə 23 nəfər müəllim müəllim məşğul olur.
Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov çıxışında ölkənin bütün bölgələrində yeni məktəblərin inşa edildiyini, köhnə məktəb binalarının isə əsaslı təmir olunduğunu vurğulayıb. O, bildirib ki, məktəblər vahid standart əsasında müasir təhsil sisteminə uyğun inşa olunur. İlin sonunadək daha bir neçə bölgədə yeni məktəblər istifadəyə veriləcək.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən vahid standart əsasında inşa olunan 624 şagird yerlik Qızılkənd kənd və 132 yerlik Aranlı kənd 2 saylı tam orta məktəblərində müasir tədris avadanlıqları ilə təchiz olunmuş sinif otaqları, laboratoriya, kompüter otağı, akt zalı, idman zalı, hərbi hazırlıq otağı və kitabxana var.
Yeni məktəb binalarının açılış mərasimində məktəblərin direktorları Qismət İbrahimov, Kərim Kərimov, yerli sakinlər və başqaları çıxış edərək son illər rayonda aparılan geniş abadlıq, quruculuq və təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən genişmiqyaslı işlərə görə ölkə başçısı cənab İlham Əliyevə və rayon İcra hakimiyyətinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Açılış mərasimindən sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar.


Vahid Tağıyev “Tərəqqi” medalı ilə təltif olunub
Oktyabrın 3-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə İmişli Rayon Təhsil Şöbəsinin müdir müavini Vahid Tağıyev “Tərəqqi” medalı ilə təltif olunub.
Vahid Tağıyev 1959-cu ildə İmişli rayonunda anadan olub. 1981-ci ildə Xankəndi Pedaqoji İnstitutunu tarix ixtisası üzrə bitirib.
1981-1986-cı illərdə İmişli rayonu Əliqulular kənd orta məktəbində ixtisası üzrə müəllimi, 1987-2001-ci illərdə İmişli RTŞ-də metodist, 2001-2006-cı illərdə Metodik Kabinetin direktoru vəzifələrində çalışıb.
Təhsil Nazirinin 10 aprel 2006-cı il tarixli 11/163 nömrəli əmri ilə İmişli RTŞ-nin müdir müavini vəzifəsinə təyin olunub.
İşlədiyi dövrdə qabaqcıl iş təcrübəsi Təhsil Problemləri İnstitutu, Azərbaycan Respublikası Təhsil Şurası, Azərbaycan Müəllimlər İnstitutu tərəfindən öyrənilərək yayılıb.
2010-cu ildə Təhsil Nazirinin əmri ilə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.


“2019-2020-ci tədris ilinin prioritet istiqamətlərinin tətbiqi təcrübəsi” mövzusunda dəyrimi masa keçirilib
İmişli rayon Gənclər Mərkəzində “2019-2020-ci tədris ilinin prioritet istiqamətlərinin tətbiqi təcrübəsi” mövzusunda dəyrimi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan İmişli RTŞ-nin müdiri Ələmdar Quliyev 2019-2020-ci dərs ilində Təhsil nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrində və “Müasir dövrdə ümumi təhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən edilmiş hədəflərin yerinə yetirilməsi istiqamətində məktəblərdə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Dəyrimi masada çıxış edən müdir müavini Vahid Tağıyev rayonun məktəblərində təlim-tərbiyə prosesinin təşkilindən, səmərəli idarəetmənin rolunun daha da inkişaf etdirilməsindən, məktəb imicinin formalaşdırılmasından, məktəblərin fəaliyyətinin və uğurlarının daha dolğun təbliğindən, şagirdlərin dərsə davamiyyətinin tənzimlənməsindən və bu kimi müvafiq məsələlərdən danışıb.
Tədbirdə çıxış edən məktəb direktorları Şahsuvar Əmirahov, Famil Fərəcov, Validə Zülfüqarova, Telman Quliyev, Bikə Məmmədova, Ramil Möhbalıyev və Əlibarat Ataşov müvafiq əmrin tələbləri istiqamətində rəhbərlik etdikləri məktəblərdə görülmüş işlər haqqında tədbir iştirakçılarına məlumat veriblər. Onlar qabaqcıl iş təcrübələrini bölüşərək tədbir iştirakçılarına əyani vəsaitlər nümayiş etdiriblər.
Mövzu ilə bağlı fikir mübadiləsi, müzakirələr aparılıb və təkliflər dinlənilib.
Tədbirdə İmişli RİH-nin humanitar məsələlər şöbəsinin əməkdaşı Asif Abışov iştirak edib.

İmişli rayon təhsil sahəsində bu il uğurlu nəticələri yüksək olub-
İmişli rayon təhsil sahəsində bu il uğurlu nəticələri yüksək olub-
İmişli rayon təhsil sahəsində bu il uğurlu nəticələri yüksək olub-
İmişli rayon təhsil sahəsində bu il uğurlu nəticələri yüksək olub-


Səmil Şahlar oğlu Quliyev