Dövlətinə sədaqətlə xidmət edən icra başçısı Haciyev Vilyam Fərhalı oğlu

bolge

62964

Dövlətinə sədaqətlə xidmət edən icra başçısı  Haciyev Vilyam Fərhalı oğlu

İmişli rayon icra hakimiyyəti başçısı Haciyev Vilyam Fərhalı oğlu rayonun yenidən qurulmasında çox böyük əməyi keçmişdir rayonda 624-şagird yerlik Qızılkənd məktəbinin tikilişi İmişli icra hakimiyyəti üçün yeni inzibati binanın tikilməsində,264 şagird yerlik Muradxanlı kənd tam orta məktəbin tikilməsində çox böyük zəhmət və təşəbbüsü olmuşdur.Bəhrəmtəpə-Göbəktala -Məhəmmədli-İmişli-Cəfərli Oruclu-Ağaməmmədliavtomobil yolunun tikintisinə 36km,29,0 min nəfər 8 məntəqə investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 15,4 mln manat vəsait ayrılmışdır.Rayonun icra başçısı Vilyam Haciyev imişli rayonuna təyin olunduğu gündən bu günə kimi rayonda abadlıq quruculuq işləri sürətlə davam edir-mütamadi olaraq kənd sakinləri ilə görüş keçirdir onların problemləri ilə yaxından marağlanıb tədbir görür.Bir rayonun icra başçısı vətəndaşının yanındadısa onların hər bir problemin öz problemi bilirsə O,icra başçısı Ölkə başçısı Cənab İlham Əliyevin etimadın doğruldur və imişli rayon icra başçısı Vilyam Haciyev bu dürüst səmimi məmurlarmızdan biridir.

Hazırda İmişli rayonunda gedən inkşaf proqramının bir hissəsin sizlərə təqdim edək.

İmişli Şəkər zavodu
İmişli Şəkər zavodu “Azərsun Holdinq” şirkətlər qrupu tərəfindən inşa edilmiş, 23 mart 2006-cı ildə istifadəyə verilmişdir. Zavodun açılışında möhtərəm Prezidentimiz cənab İlham Əliyev iştirak etmişdir. Zavod şəkər tozu istehsal edir, sutkalıq istehsal gücü 1000 tondur. Müəssisədə 850 nəfər işçi çalışır, orta aylıq əmək haqqı 430 manat təşkil edir.

Azərbaycan Şəkər İstehsalat Birliyinin Bitki yağları zavodu
Bitki yağları zavodu 2009-cu ildə istifadəyə verilmiş, sutkalıq istehsal gücü 200 tondur.

Azərbaycan Şəkər İstehsalat Birliyinin Qarışıq yem zavodu
Qarışıq yem zavodu 2009-cu ildə istifadəyə verilmiş, sutkalıq istehsal gücü 600 tondur.

İmişli Broyler-Quşçuluq Məhdud Məsuliyyətli Cəmiyyəti
Müəssisə İmişli Broyler-Quşçuluq fabrikinin bazasında yaradılmış, 2003-cü ildə istifadəyə verilmişdir. Sutkada 5 ton quş əti istehsal etmək gücündədir. Cəmiyyətdə 210 nəfər işçi çalışır.

Muradxanlı İriləşdirilmiş Neft Mədəni
Mədən 1970-ci ildə fəaliyyətə başlamış, sutkalıq hasilat gücü 85 tondur. Mədəndə orta aylıq əmək haqqı 460 manat təşkil edir, işçilərin sayı isə 160 nəfərdir.

İmişli Lokomotiv deposu
Lokomoriv deposu 1968-ci ildə istismara verilmiş, işçilərin sayı 218 nəfərdir. Depoda teplovozların cari və əsaslı təmir işləri həyata keçirilir.

Bəhrəmtəpə Dəmir-beton zavodu
Bəhrəmtəpə Dəmir-beton zavodu “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin yerli müəssisəsidir, dəmir-beton məmulatları istehsal edir. 1986-cı ildən fəaliyyət göstərir, zavodda 51 nəfər işçi çalışır. Sutkalıq istehsal gücü 75 kub.metr təşkil edir.

İmişli Dəmir-beton Açıq Səhmdar Cəmiyyəti
Zavod 1960-cı ildən fəaliyyət göstərməklə dəmir-beton məmulatları istehsal edir. Zavodda 185 nəfər işçi çalışır. Sutkalıq istehsal gücü 85 kub.metr təşkil edir.

“ORİON-E” Məhdud Məsuliyyətli Cəmiyyəti
Məhdud Məsuliyyətli Cəmiyyət iş adamlarının vəsaiti hesabına yaradılmış, 2003-cü ildə fəaliyyətə başlamışdır. Cəmiyyətdə 87 nəfər işçi çalışır, sutkada 75-80 ton asvalt istehsal edilir.

330-kv-luq İmişli-Parsabad elektrik ötürücü xətti
Elektrik ötürücü xəttində tikinti işləri İran İslam Respublikasının “Samir” şirkəti ilə bağlanmış müqaviləyə əsasən “Azərenerjitikinti” MMC tərəfindən aparılmışdır. Strateji əhəmiyyətli elektrik ötürücü xəttinin istifadəyə verilməsi Azərbaycanla İran İslam Respublikasının enerji sistemlərini birləşdirəcəkdir.

İmişli-Qaravəlili-Mirili avtomobil yolu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 oktyabr 2010-cu il tarixli, 1163 saylı sərəncamı ilə İmişli-Qaravəlili-Mirili avtomobil yolunda əsaslı təmir işləri aparılmışdır. Uzunluğu 12 kilometr olan avtomobil yolu müasir tələblərə uyğun olaraq yenidən qurulmuş, yol boyu abadlıq və yaşıllaşdırma işləri aparılmışdır. Dünya standartları səviyyəsində inşa olunan bu yolda əvvəllər yük və sərnişin avtomobillərinin hərəkətinə mane olan bütün maneələr aradan qaldırılmış, insanların uzun müddətdən bəri davam edən narahatlığına son qoyulmuşdur. Yolun istifadəyə verilməsi, həmçinin İmişli və Saatlı rayonları arasındakı gediş-gəliş məsafəsini iki dəfə azaltmışdır.

Hazırda inşa edilən infrastruktur obyektləri

50 min tonluq taxıl anbarı
Tikinti işləri Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 5,0 ha ərzidə aparılır, hər biri 8 min tondan yuxarı olan 6 ədəd taxıl saxlanc anbarının, yardımçı və xidmət binalarının tikintisi başa çatmışdır, ərazidə yaşıllaşdırma, daxili yollara asfalt beton örtüyünün qoyulması, binaların rənglənməsi və enerji təchizatı ilə bağlı işlər aparılmışdır. Obyekt istifadəyə veriləndən sonra 55 nəfərə yaxın işçi işlə təmin olunacaqdır. Tikinti işləri “KROUN-KO” MMC tərəfindən aparılmışdır.

“Araz” Damazlıq Quşçuluq MMC
Tikinti işləri Sahibkarlığa kömək Milli Fondunun və Təsisçinin vəsaiti hesabına 30,0 ha ərazidə aparılır, istehsal güçü ildə 10 mln damazlıq yumurta olan obyektin 7 istehsal sexində tikinti-quraşdırma işləri başa çatmaq üzrədir, yardımçı, xidməti binalarda və yumurta saxlama anbarlarında son tamamlama işləri aparılır, yem zavodunun tikintisinə başlanılmış, obyektin ərazisində daxili yollara asfalt-beton örtüyünün qoyulması, binaların rənglənməsi və enerji təchizatı ilə bağlı işlər yekunlaşmaq üzrədir. Hazırda 60 nəfər işçi çalışır, obyekt istifadəyə veriləndən sonra 80 nəfərə yaxın işçi işlə təmin olunacaqdır. Tikinti işləri “Araz” Damazlıq Quşçuluq MMC tərəfindən aparılır.

İmişli Şəkər zavodunun nəzdində Kəllə qənd zavodu
Kəllə qənd zavodunun tikintisi üçün 7,5 hektar torpaq sahəsi ayrılmışdır. İllik istehsal gücü 60 min ton olan müəssisədə müxtəlif çeşiddə kəllə qənd hazırlanacaqdır. Zavodun tikintisi “İnnova” Tikinti şirkəti tərəfindən aparılır. Tikintiyə 2011-ci ildə başlanılmışdır. Layihənin ümumi dəyəri 5.0 milyon manatdır, Azərsun Holding Şirkətlər qrupu tərəfindən maliyyələşdirilir. Zavodun gündəlik istehsal gücü 200 ton olacaqdır. Müəssisə fəaliyyətə başladığı zaman 200 nəfər işçi işləməsi nəzərdə tutulmuşdur.

İmişli şəhərində su və kanalizasiya sisteminin yenidən qurulması
Azərbaycan Höküməti ilə Dünya Bankı arasında imzalanmış kredit sazişinə əsasən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə” çərçivəsində 2011-ci ildə İmişli şəhərində su kanalizasiya sisteminin yenidən qurulması nəzərdə tutulmuşdur.

Hacıqabul-Bəhrəmtəpə-Horadiz Magistral avtomobil yolu
Hacıqabul-Bəhrəmtəpə-Horadiz Magistral avtomobil yolunun Dünya Bankının vəsaiti hesabına əsaslı təmir olunması nəzərdə tutulmuşdur.

İmişli rayonunun qoruqları

1. Muxurtəpə yaşayış yeri ilk tunc dövrünə təsadüf edir. Bakı-Beyləqan yolunun 1.2 km sağ tərəfində Nurulu kəndi ərazisində yerləşir.
2. Qızıltəpə yaşayış yeri ilk tunc dövrünə təsadüf edir. Qızılkənd kəndindən 4 km Şimal-Şərqdə yerləşir.
3. Yedditəpə kurqanı son tunc və son dəmir dövrünə aiddir. Qızılkənd kəndindən Qərbdə yerləşir.
4. Qaratəpə - rayonun Bəcirəvan kəndindən 17 km şimal-cənub istiqamətində yerləşir, ilk tunc dövrünə aid yaşayış yeridir.
5. Abıştəpə yaşayış yeri tunc dövrünə aiddir. Aranlı kəndindən 3 km Şimalda yerləşir.
6. Qalaça qalıqları XII-XIII əsrlərə aiddir. Bəhrəmtəpə-Biləsuvar yolunun 17 km-də yerləşir.
Dəyirman yeri şəhərgahı IX- XII əsrlərə aiddir. Bəhrəmtəpə qəsəbəsində 2 km Şimal-Qərbdə yerləşir.

Rayon ərazisindən keçən avtomobil və dəmir yolları

İmişli rayonu ərazisindən keçən respublika əhəmiyyətli avtomobil yollarının uzunluğu 98 km-dir. Həmin yolların 7 km II kateqoriyalı və 91 km isə III kateqoriyalı yoldur.
Yerli əhəmiyyətli yolların uzunluğu 152 km-dir. Həmin yolun 111 km hissəsi IV kateqoriyalı, 41 km isə V kateqoriyalı yollardır.
Rayon ərazisindən keçən dəmir yollarının uzunluğu cəmi 80 km-dir. O cümlədən, 35 km baş yol, 20 km yan yol, 25 km hissəsi isə dalan yollardır.

Səmil Şahlar oğlu Quliyev