Xaçmazda üç yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur » XeberlerTv.info

Xaçmazda üç yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur

Xaçmazda üç yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur

Xaçmazda 2 min nəfərdən çox əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun əsaslı təmirinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 5,5 kilometr uzunluğundakı yolun yenidən qurulması Çiləgir, Mançaroba, və Sabiroba kənd sakinlərinin rayon mərkəzinə gediş-gəlişini rahatlaşdıracaq. Uzun illərdir təmir işləri aparılmadığından torpaq və çınqıl örtüklü yolda avtomobillərin hərəkəti üçün bir sıra çətinliklər yaranırdı.
Təmir işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumu tərəfindən həyata keçirilir. Tikinti layihəsinə uyğun olaraq yeni yol əsası inşa edilir. Aparılan yenidənqurma işləri çərçivəsində yeni yol yatağı salınaraq, yüksək keyfiyyətli asfalt örtüyü döşənəcək.
Başlanğıcını respublika əhəmiyyətli Gəndob-Yalama yolundan götürən Çiləgir-Mançaroba yolunun təmiri bu ilin sonuna kim başa çatdırılacaq. Yolun yenidən qurulması bağçılıq və əkinçiliklə məşğul olan kənd sakinlərinin məhsullarının daşınması üçün də böyük əhəmiyyət daşıyır.

30 noy , 2019 12:45


Xəbər lenti