“Hərbiyyə - 101” hərbi vətənpərvərlik düşərgəsinə start verilib

bolge

30051

“Hərbiyyə - 101” hərbi vətənpərvərlik düşərgəsinə start verilib


Beyləqan rayonunda “Hərbiyyə-101” hərbi vətənpərvərlik düşərgəsinin açılış mərasimi keçirilib. Düşərgə "ASAN xidmət", Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı ilə reallaşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani, Hərbi Birliyin zabit heyəti və əsgərlər, Beyləqan və Xocavənd Rayon İcra Hakimiyyətlərinin başçıları və digər qonaqlar iştirak ediblər. İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin Beyləqan şəhərindəki abidəsi önünə gül dəstələri düzüb, hörmət və ehtiramlarını bildiriblər.

N nömrəli hərbi hissədə keçirilən tədbirdə çıxış edən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, könüllülərin çoxsaylı müraciətləri nəzərə alınıb və ölkə rəhbərliyinin müvafiq tapşırığına əsasən "Hərbiyyə" düşərgəsi Müdafiə Nazirliyi ilə birgə cari il ərzində ikinci dəfə təşkil olunub. Diqqətə çatdırılıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi quruculuq işləri ordumuzun istər maddi-texniki, istərsə də mənəvi döyüş ruhunu artırır. Həmçinin daim dövlətçilik, vətənpərvərlik dəyərlərini rəhbər tutan ASAN könüllüləri tərəfindən müxtəlif tədbirlərin təşkil olunduğu vurğulanıb.

Tədbirdə "ASAN Könüllüləri" təşkilatının sədri Səbinə Cabbarova, polkovnik Abdulla Qurbani, birlik komandiri, general-mayor Mais Bərxudarov, Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidov, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və başqaları çıxış edərək ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatların bu gün Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar. Həmçinin ölkəmizdə regionların sosial-iqtisadi inkişafından söz açan çıxışçılar ASAN Könüllüləri tərəfindən dövlətçiliyin, müstəqilliyin möhkəmləndirilməsi istiqamətində reallaşdırılan tədbirlərin əhəmiyyətini qeyd ediblər. “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin gənclər arasında vətənpərvərlik hissinin yüksəlməsinə xidmət etdiyi bildirilib.

Çıxışlardan sonra hərbi orkestrin ifasında müxtəlif marşlar səslənib, vətənpərvərlik mahnıları və rəqslər təqdim edilib.

Qeyd edək ki, Bakı şəhərinin işğaldan azad olunmasının 101 illiyinə həsr edilmiş “Hərbiyyə 101” hərbi vətənpərvərlik düşərgəsi 5-10 sentyabr tarixini əhatə edəcək. Düşərgə müddətində iştirakçılar müxtəlif peşəkar hərbi təlimlərə cəlb olunacaq, taktiki hazırlıq, qarovul, atəş, topoqrafiya, komandir və digər hərbi hazırlıqlarda iştirak edəcəklər. Eyni zamanda, müxtəlif tarixi-mədəni ərazilərə ekskursiyalar təşkil olunacaq. “Hərbiyyə” gənc nəslin hərbi vətənpərvərlik hislərinin gücləndirilməsi istiqamətində təşkil olunan sayca 4-cü düşərgədir.

“Hərbiyyə - 101” hərbi vətənpərvərlik düşərgəsinə start verilib
“Hərbiyyə - 101” hərbi vətənpərvərlik düşərgəsinə start verilib
“Hərbiyyə - 101” hərbi vətənpərvərlik düşərgəsinə start verilib
“Hərbiyyə - 101” hərbi vətənpərvərlik düşərgəsinə start verilib
“Hərbiyyə - 101” hərbi vətənpərvərlik düşərgəsinə start verilib
“Hərbiyyə - 101” hərbi vətənpərvərlik düşərgəsinə start verilib
“Hərbiyyə - 101” hərbi vətənpərvərlik düşərgəsinə start verilib
“Hərbiyyə - 101” hərbi vətənpərvərlik düşərgəsinə start verilib

xeberlertv.info