Salyan rayon İcra hakimiyyətində ali məktəblərə yüksək balla qəbul olan tələbələrlə görüş keçirilmişdir » XeberlerTv.info

Salyan rayon İcra hakimiyyətində ali məktəblərə yüksək balla qəbul olan tələbələrlə görüş keçirilmişdir

Salyan rayon İcra hakimiyyətində ali məktəblərə yüksək balla qəbul olan tələbələrlə görüş keçirilmişdir

Salyan rayon İcra hakimiyyətində ali məktəblərə yüksək balla qəbul olan tələbələrlə görüş keçirilmişdir.

Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov görüşdə çıxış edərək tələbə adını qazanan gəncləri təbrik etmiş, onlara təhsildə və gələcək həyatda uğurlar arzulamış, yüksək bilikli mütəxəssis kimi yetişməyi və Vətənə ləyaqətlə xidmət göstərməyi tövsiyə etmişdir. Ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açan rayon rəhbəri vurğulamışdır ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına dair böyük diqqət yetirmişdir. Ölkə başçısı cənab İlham Əliyev də bu ənənələrə sadiq qalaraq təhsilin inkişafını həmişə diqqətdə saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir.
Tədbirdə rayon Prokuroru Firdovsi Nemətli, rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, təhsil şöbəsinin müdiri Xudaverdi Piriyev, rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov, YAP Salyan rayon təşkilatının Gənclər Birliyinin sədri Fazil Məhərrəmov və digərləri çıxış edərək tələbə adını qazanmış gəncləri təbrik etmiş, onlara təhsillərində uğurlar arzulamış, ölkəmizdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.
Sonra görüşdə çıxış edən gənclər göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmiş, müəllim və valideynlərinin etimadını doğruldacaqlarına, bilik və elmlərə əzmlə yiyələnərək ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz vermişlər. Sonda 600 baldan yüksək nəticə göstərən 14 nəfər məzuna rayon İcra hakimiyyəti başçısı tərəfindən qiymətli hədiyyələr və 685 bal toplamış Hüseynov İnqilab Ağababa oğluna təhsildə fərqlənməyə görə “Qızıl” medal təqdim olunmuşdur.

Səmil Şahlar oğlu Quliyev

Salyan rayon İcra hakimiyyətində ali məktəblərə yüksək balla qəbul olan tələbələrlə görüş keçirilmişdir
Salyan rayon İcra hakimiyyətində ali məktəblərə yüksək balla qəbul olan tələbələrlə görüş keçirilmişdir
Salyan rayon İcra hakimiyyətində ali məktəblərə yüksək balla qəbul olan tələbələrlə görüş keçirilmişdir
Salyan rayon İcra hakimiyyətində ali məktəblərə yüksək balla qəbul olan tələbələrlə görüş keçirilmişdir
Salyan rayon İcra hakimiyyətində ali məktəblərə yüksək balla qəbul olan tələbələrlə görüş keçirilmişdir
Salyan rayon İcra hakimiyyətində ali məktəblərə yüksək balla qəbul olan tələbələrlə görüş keçirilmişdir
Salyan rayon İcra hakimiyyətində ali məktəblərə yüksək balla qəbul olan tələbələrlə görüş keçirilmişdir
Salyan rayon İcra hakimiyyətində ali məktəblərə yüksək balla qəbul olan tələbələrlə görüş keçirilmişdir

31 avq , 2019 21:30


Xəbər lenti