Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib

bolge

42930

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib
Hacıqabul rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Qubalı-Baloğlan kəndi ərazisində qeydə alınıb. “Toyota Prado” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Bildirilir ki, avtomobildə olanlar “Pir Hüseyn” xanəgahına ziyarətə gedərkən qəzaya uğrayıblar.
Faktla bağlı araşdırma aparılır.