Muxtar respublikada pensiyalar həm plastik kartlarla, həm də kənd yaşayış yerlərində poçt bölmələri vasitəsilə ödənilir

bolge

81846

Muxtar respublikada pensiyalar həm plastik kartlarla, həm də kənd yaşayış yerlərində poçt bölmələri vasitəsilə ödənilir
Muxtar respublikada pensiyaçılara daha yüksək səviyyədə xidmət göstərilməsi üçün pensiyaların həm plastik kartlarla, həm də pensiyaçıların ərizələrinə əsasən kənd yaşayış yerlərində poçt bölmələri vasitəsilə ödənilməsi işi yüksək səviyyədə təşkil olunub.
Xəbərlərtv xəbər verir ki, AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələri ilə “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin yerli poçt bölmələri arasında imzalanmış müqavilələrə əsasən pensiyaçılar pensiyalarını həmin bölmələrin məntəqəsindən ala bilirlər.
Dövlət Sosial Müdafiə Fondu əmək pensiyaçılarına pensiyaların plastik kartlarla ödənilməsini isə “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti və muxtar respublikada fəaliyyət göstərən digər banklarla həyata keçirir.
Qeyd edək ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2017-ci il dekabrın 30-da keçirilmiş yeddinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2018-ci ildən etibarən pensiyaçıların istəkləri nəzərə alınmaqla, pensiyaların kənd yerlərində poçt bölmələri vasitəsilə ödənilməsi üçün Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birlikdə aidiyyəti işlərin həyata keçirilməsi barədə müvafiq tapşırıqlar verilib. Ötən müddət ərzində bu tapşırığın icrası uğurla reallaşdırılıb.